AZ

Neymar sabiq klubu ilə anlaşdı

"Əl-Hilal"da çıxış edən Neymar gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

32 yaşlı vinger yetirməsi olduğu "Santos"la anlaşıb. Ulduz futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin ləğv edilməsi istiqamətində danışıqlar aparır.

Qeyd edək ki, Neymar ötən ilin yayında "Əl-Hilal"a keçib. Təcrübəli oyunçu zədə səbəbindən komandanın heyətində cəmi 7 rəsmi matçda iştirak edə bilib.

saytlarin hazirlanmasi

Seçilən
37
2
sportal.az

3Mənbələr