Monteneqronun Budva şəhərində yerli seçkilər keçirilir.
“İki sahil” xəbər verir ki, seçicilər ümumilikdə 28 seçki məntəqəsində bələdiyyə məclisinin sədrini və üzvlərini müəyyən etmək üçün səs verirlər. Məlumata görə, seçkilərdə 8 partiya və koalisiya iştirak edir, 19 min 183 seçici səsvermə hüququna malikdir. Cari ilin mayında keçirilən seçkilərlə müqayisədə seçici fəallığının az olduğu bildirilir.
Qeyd edək ki, Budvada bu il ikinci dəfə yerli seçkilər keçirilir.