AZ

“Həmvətənlərimiz tezliklə Ağdamda öz ata yurdlarında rahat şəkildə yaşayacaqlar”- Millət vəkili

“Ağdamın işğaldan azad olunması prezident İlham Əliyevin hərbi və siyasi dühasının nəticəsi oldu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Artıq 4 ili geridə qoymuşuq və Ağdam günü-gündən dirçəlir. Soydaşlarımız öz yurd-yuvalarına qayıdırlar”.

Bunu Editor.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bütün dünya gördü ki, mənfur düşmən Ağdamı hansı vəziyyətə salıb. Əbəs yerə onu Qafqazın Xirosiması adlandırmırıq. İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymaqla, təhqir və qarət etmişdir. Bunu isə bütün dünya görməlidir. Biz isə dədə baba torpaqlarımızı bərpa edirik. Möhtəşəmliyi geri qaytarırıq. Tez bir zamanda Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq. 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam yenidən qurulur. Plana əsasən şəhərin özündə 5 məhəllə nəzərdə tutulub. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Hazırda Ağdamda 3 kənddə – Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Cənab prezident İlham Əliyevin tez-tez bu ərazilərə səfəri də onu deməyə əsas verir ki, sürətlə gedən quruculuq işləri nəticəsində həmvətənlərimiz tezliklə Ağdamda öz ata yurdlarında rahat şəkildə yaşayacaqlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
64
editor.az

1Mənbələr