AZ

Reuters: Qızılın qiyməti rekord səviyyədə ucuzlaşdı

Son bir həftə ərzində qızılın qiyməti təxminən 5% ucuzlaşıb. Reuters sorğuda iştirak edən iqtisadçıların rəyinə istinadən yazır ki, bu, qiymətli metalın qiymətində son üç ildə ən böyük eniş olub.

Turkustan.az xəbər verir ki, ekspertlərin fikrincə, qızılın ucuzlaşmasının səbəblərindən biri də ABŞ dollarının möhkəmlənməsi ola bilər. Bundan başqa, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi ilə əlaqədar ekspertlər inflyasiyanın artacağını və Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini yumşaltmasını gözləyirlər.

"Allegiance Gold" Baş Əməliyyatlar Direktoru Aleks Ebkarian isə öz növbəsində, qızılın artıq yavaş-yavaş əvvəlki səviyyəyə qayıtdığını bildirib.

Xəbərdə həmçinin bildirilib ki, qızılla yanaşı, gümüş və platinin də qiyməti də ucuzlaşıb. Palladiumun qiyməti isə əksinə artmağa başlayıb.

Aytən/ Turkustan.az

Seçilən
30
turkustan.az

1Mənbələr