AZ

Fernandu Santuşdan azərbaycanlı məşqçiyə hörmətsizlik - FOTO

Fernandu Santuşun köməkçisi Millətlər Liqasının 5-ci turunun Estoniya ilə matçında ehtiyat skmamiyada yer almayıb.

Söhbət qapıçılar üzrə məşqçi Kamran Ağayevdən gedir.

Milli komandanın veteran qolkiperi 90 dəqiqə görüşü tribunadan izləyib.

Onun hansısa cəzaya məruz qalmadığı dəqiqdir.

Amma Ağayevdən fərqli olaraq qapıçılar üzrə digər məşqçi Fernando Justino ehtiyat skmamiyada yer alıb.

Görünür, əcnəbi mütəxəssis millinin sabiq bir nömrəsinə yanında o qədər də ehtiyac duymur. Bəlkə də futbolçu kimi xidmətləri nəzərə alınaraq məşqçilər korpusunda adı gedir.

Onu da əlavə edək ki, Kamran üçün tribunadakı 90 dəqiqə asan keçməyib.

Azarkeşlər milli ilə bağlı iradlarını tez-tez onun ünvanına səsləndiriblər.

38 yaşlı mütəxəssis tənqidlərə səssiz qalmaqla kifayətlənib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
20
sportinfo.az

1Mənbələr