AZ

İstanbulda həkimə hücum: Motosikleti ilə qaçan adam həbs edilib

Səhiyyədə zorakılıq xəbərlərinə yenisi əlavə edilib. Bu dəfəki ünvan İstanbuldur.  Maltepe Universiteti xəstəxanasında çalışan həkim A.S.A. adlı şəxs tərəfindən hücuma məruz qalıb. Hücum edən şəxs motosikleti ilə hadisə yerindən qaçıb. 
Sherg.az xəbər verir ki, qruplar hərəkətə keçərək təcavüzkarı saxlayıb. 

Noyabrın 10-da hadisə yerinə gələn İstanbul Polis İdarəsi qrupları Maltepe Universiteti xəstəxanasında ağ kod düyməsinin basıldığını müəyyən edib.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəli A.S.A həkim M.N.M-ə hücum edərək xəstəxananın qarşısında saxladığı motosikletlə hadisə yerindən qaçıb.

Bir müddət əvvəl eyni xəstəxanada müalicə olunarkən atası dünyasını dəyişən şübhəlinin hadisəni bu səbəbdən törətdiyi müəyyən edilib.

Hücuma məruz qalan həkimin şübhəlinin atasının müalicə prosesinə qarışmadığı öyrənilib.

Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən A.S.A. polis bölməsindəki prosedurlardan sonra ədliyyə binasına aparılıb və orada təhvil verilib və cinayət işi üzrə növbətçi məhkəmə tərəfindən həbs edilib.
Seçilən
33
sherg.az

1Mənbələr