AZ

Moldovanın xəbər portalı COP29-un əhəmiyyətindən yazdı - FOTO

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

Bizim.Media xəbər verir ki, Moldovanın “Noi.md” xəbər portalında rus və rumın dillərində nəşr edilən “Moldova Prezidenti və Bakıda keçirilən COP29-un digər iştirakçıları Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə ideyalarını dəstəkləyirlər” sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.

Məqalədə bildirilir ki, Bakıda COP29-un iştirakçısı olan ölkələrin dövlət və hökumət başçılarının sammiti baş tutub və burada Moldova Prezidenti Maya Sandu da çıxış edib.

Sandu qlobal ekoloji problemlərin həllində inkişaf etməkdə olan ölkələrə dəstək verilməsinin zəruriliyi ilə bağlı sessiyanın əsas doktrinasını alqışlayıb.

“Yaşıl Zona” ərazisində bütün maraqlı tərəflərin - fəallardan və özəl təşəbbüslərin tərəfdarlarından tutmuş iri biznes və dövlət qurumlarının nümayəndələrinə qədər çoxşaxəli ünsiyyət təşkil olunur. “Mavi Zona”da sessiyalar, görüşlər və sammitlər keçirilir.
 

Yazıda daha sonra qeyd olunur ki, müxtəlif ölkələrin onlarla prezident və digər yüksək vəzifəli şəxslərinin iştirak etdiyi tədbirdə Afrika, Latın Amerikası və xüsusilə kiçik ada dövlətlərindən olan ölkələr geniş nümayəndə ilə təmsil olunub.


COP29-a ev sahibliyi edən tərəfin əsasi diqqəti ekoloji bərabərlik məsələsinə yönəlib. Forumun əsas məqsədinə görə, həm karbohidrogenlərin istehlakında, həm də zərərli emissiyaların istehsalında lider olan inkişaf etmiş ölkələr iqlimə təzyiqə görə məsuliyyəti öz üzərinə götürməli və təbiətə dəyən zərərin ödənilməsində daha zəif ölkələrə kömək etməlidir.

Əslində, bütün COP konfranslarının məqsədi sənayedən əvvəlki dövrdə və 2015-ci il Paris Sazişinin tələb etdiyi kimi, karbon qazının miqdarını və qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır.

Eyni zamanda, dövlət başçılarının, ətraf mühit fəallarının və ekspertlərin bəyanatlarına görə, COP29-dan bu problemin həlli istiqamətində konkret addımlar gözlənilir.

Sonda vurğulanır ki, Bakıda keçirilən COP-29-da qlobal temperaturun artmasının qarşısını almaq üçün Parisdə iqlim sazişinin imzalanmasından 9 il sonra karbon bazarları üzrə mühüm razılaşma artıq əldə olunub. Tədbir zamanı BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyinin qarşısının alınması üçün vaxtın daraldığını bildirib və bu məqsədlə ayrılan vəsaitin artırılmasına çağırıb.




Bizim.Media

Seçilən
20
3
bizim.media

4Mənbələr