"Liverpul"un ən dəyərli futbolçularının reytinqi açıqlanıb.
Fanat.Az xəbər verir ki, nüfuzlu ESPN nəşrinin tərtib etdiyi reytinqə əsasən, mersisaydlıların müdafiəçisi Vircil van Deyk birinci yerdədir.
İkinci sırada hücumçu Məhəmməd Salah qərarlaşıb, müdafiəçi Trent Alexander-Arnold isə ilk "üçlüy"ü tamamlayıb.
Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə Premyer Liqasında, həmçinin, Çempionlar Liqasının turnir cədvəlində birinci yerdədir.
Mirağa