İsrail prezidenti İsaak Hersoq Bakıya səfərinin gerçəkləşməməsinin səbəbi aydınlaşıb.
Mia.az Türkiyə mətbuatına istandla xəbər verir ki, İsrail prezidenti İsaak Hersoqun səfərinə qardaşı ölkənin cavabı mane olub.
Məlumatda deyilir ki, İsrail rəsmiləri Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Tərəflərin 29-cu Konfransında (COP29) iştirak edəcək Hersoqun təyyarəsinin Türkiyə hava məkanından istifadəsi üçün rəsmi Ankara ilə təmasa keçiblər: "Rəsmi Ankara isə bu tələbə "yox" deyib".
Firudin Səfərli
MİA.AZ