Cəlilabad şəhərinin Heydər Əliyev prospektində inşa olunmuş yerüstü piyada keçidi iritonnajlı kənd təsərrüfatı nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Piyada keçidinin altından sürətli keçmək istəyən nəqliyyat vasitəsi keçidin hündürlüyünə toxunub və keçid aşaraq hissələrə bölünüb. Yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib. Hadisə nəticəsində keçid yaxınlığında olan elektrik dirəkləri də zədələnib. Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Hindistan ilk uzaqmənzilli hipersəs raketini sınaqdan keçirib