Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli "Fırtına Kölgəsi/SCALP" raketləri atmağa icazə verdi.
Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bu raketlər Britaniya və Fransanın birgə istehsalıdır və Rusiyaya qarşı silahlı münaqişəyə qarşı çıxmaq üçün Ukraynaya verilib.
Xatırladaq ki, İngiltərə və Fransa uzun müddət Kiyevə bu raketlərdən Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyi qadağan ediblər: Qərbin Rusiya ərazisi kimi tanımadığı beş bölgə (DXR, LPR, Zaporojye və Xerson vilayətləri, həmçinin Krım ) istisna olmaqla.