AZ

Bayden Rusiyanın dərinliklərini "ATACMS" raketləri ilə vurmağa icazə verdi

"New York Times” öz mənbələrinə istinadən yazır ki, prezident Bayden ilk dəfə Ukraynaya Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

Nəşrin məlumatına görə, söhbət məsafəsi 300 kilometrə çatan "ATACMS" Amerika ballistik raketlərindən gedir.

NYT həmsöhbətlərinin sözlərinə görə, bu silahlar böyük ehtimalla ilkin olaraq Kursk bölgəsində Rusiya və Şimali Koreya qoşunlarına qarşı istifadə olunacaq.

NYT-nin məlumatına görə, Rusiya hərbçiləri Kursk bölgəsində Ukrayna mövqelərinə qarşı Şimali Koreya hərbçiləri də daxil olmaqla 50 minə yaxın əsgəri cəlb edəcək böyük hücuma keçmək üzrədir.

Ukraynalılar Rusiya və Şimali Koreya qoşunlarına, hərbi texnikaya, logistika qovşaqlarına, silah-sursat anbarlarına və Rusiyanın dərinliklərində təchizat xətlərinə zərbələr endirmək üçün ATACMS raketlərindən istifadə edə bilər.

NYT yazır ki, Baydenin prezidentlik müddətinin bitməsinə və Donald Trampın vəzifəyə başlamasına iki ay qalmış qərarı ABŞ siyasətində böyük dəyişiklikdir.
phrase_var_article.chosen
33
31
arqument.az

10phrase_var_article.sources