Ölkəmizin qadınlardan ibarət futbol yığmasının üzvü Nigar Mirzəliyevanın şərəfini qoruduğu"Zenit" Rusiya çempionu olub. Sankt-Peterburq təmsilçisi sonuncu - 24-cü turda ÇSKA-nı 1:0 hesabıyla məğlub edərək çempionluğu qeyd edib. Nigar bu oyunda 90 dəqiqə meydanda olub. Lakin Rusiya klubları beynəlxalq turnirlərdən kənarlaşdırıldığına görə “Zenit” Avropaya yollana bilməyəcək.
Nigar çempionluqla bağlı təəssüratını "Football-plus.az" ilə bölüşdü: "Zenit" çox güclü komandadı. Bu mövsüm çox çətin keçdi. Amma sonunda çempionluq bizim oldu. Çempion olduğumuza görə çox sevincliyik. Amma bir məqam var ki, bizi məyus edir. Bu da ölkə xaricinə çıxa bilməməyimizdi . Ümid edirik ki, bu problem ortadan qalxar və ölkə xaricinə yollana bilərik. İnanıram ki, bundan sonra daha böyük uğurlara imza atarıq".
Qeyd edək ki, Nigar Mirzəliyeva bu mövsüm 7 oyunda iştirak edib və 1 qol vurub.
RÖYANƏ OĞUZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta