AZ

Səudiyyə Ərəbistanı nəşri Azərbaycan Prezidentinin COP29-da çıxışından yazıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanı Krallığının nüfuzlu "Əş-Şarq əl-Avsat" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışından yazıb.
AZƏRTAC xəbər verir ki, qəzet Azərbaycan Prezidentinin ölkələrin təbii sərvətlərə malik olduğuna və tələbatı ödəmək üçün onları bazarlara çıxarmasına görə suçlanmasının yolverilməzliyi barədə dediklərini oxucularının diqqətinə çatdırıb. Sitatda dünya ictimaiyyətini bu məsələlərdə realist olmağa çağıran Prezident İlham Əliyevin Azərbaycanın COP29-un sədri kimi "yaşıl keçid"in güclü carçısı olduğunu və bunu davam etdirdiyini bildirdiyi də diqqətə çatdırılır.
Səudiyyə nəşri Azərbaycan liderinin çıxışında planetin qlobal istiləşməsindən mühazirə deməyə çalışan, amma əslində Azərbaycan qazının tədarükünü daha da artırmağa can atan bir sıra Qərb ölkələrinin ikiüzlülüyü ilə bağlı fikirlərindən sitat gətirərək yazır: "Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib".
Seçilən
58
50
oxu.az

10Mənbələr