“Əl-Hilal”ın braziliyalı hücumçusu Neymar “Santos”la müqavilə bağlamaqla bağlı razılığa gəlib. “Football-plus.az” həmkarımız Sesar Luis Merloya istinadla xəbər verir ki, forvardın təmsilçiləri Səudiyyə Ərəbistanı klubu ilə müqavilənin pozulması yönündə danışıq aparır. Neymarın Braziliya klubuna dönüşünün noyabrın 25-də ictimaiyyətə açıqlanması gözlənilir. Məhz həmin gün “Santos” Braziliya çempionatının 2-ci liqasında cari mövsümdəki son oyununu keçirəcək.
32 yaşlı Neymar “Əl-Hilal”da keçirdiyi 7 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun bu klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi. Braziliyalı peşəkar karyerasına başladığı “Santos”un heyətində 225 oyun keçirib, 136 qol vurub, 64 məhsuldar ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta