AZ

Yeni baş məşqçi kimləri özünə köməkçi götürdü? - Premyer Liqa klubunda

“Mançester Yunayted”in yeni çalışdırıcısı Ruben Amorimin məşqçilər heyətinə onun “Sportinq”də birlikdə çalışdığı beş məşqçinin daxil olacağı açıqlanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni köməkçi-məşqçi artıq bu vəzifədə “Sportinq”də Amorimlə birgə çalışmış 29 yaşlı mütəxəssis Karlos Fernandes olacaq.

Qapıçılar üzrə məşqçi Xorxe Vital, əsas komandanın məşqçisi Adelio Kandido, Emanuel Ferro, fiziki hazırlıq üzrə məşqçi Paulo Barreyra olacaq.

Əsas komandanın məşqçiləri Darren Fletçer və Andreas Georqson, eləcə də qapıçılar üzrə köməkçi-məşqçi Kreyq Mauson öz postlarını qoruyurlar.

“Mançester Yunayted” noyabrın 24-də İngiltərə Premyer Liqasında “İpsviç”lə qarşılaşacaq və bu, Amorimin rəhbərliyi altında komandanın ilk oyunu olacaq.

Seçilən
41
sportinfo.az

1Mənbələr