Abxaz musiqiçisi Baras Kujba "prezident" aparatının etirazçılar tərəfindən zəbt olunmuş eyvanında kiçik konsert verib.
Moderator.az xəbər verir ki, bu haqda vesti.ru məlumat yayıb.
Bazar günü səhər saat 10 radələrində hərbi yük maşınları binadan çıxarılıb və gecə saat 12-1 radələrində etirazçılar sintezatoru ikinci mərtəbənin eyvanına çıxararaq milli musiqiləri, o cümlədən abxaz musiqiçisi Baras Kujbanın bir neçə əsərini ifa etməyə başlayıblar.
Xatırladılır ki, Abxaziyada separatçı hakimiyyətlə müxalifət arasında qarşıdurma Rusiya Federasiyası ilə Abxaziyada mənzillərin tikintisini nəzərdə tutan investisiya sazişinə görə başlayıb. Müxalifət tərəfdarları hesab edirlər ki, onun həyata keçirilməsi mənzil qiymətlərinin artmasına, eləcə də respublikanın kiçik və orta biznesi üçün risklərə səbəb olacaq. Parlament sənədi cümə günü ratifikasiya etməli idi, lakin etirazların alovlanması səbəbindən təxirə salınmışdı.
Müxalifət tərəfdarları Suxumda hökumət binaları kompleksini, o cümlədən "prezident" administrasiyasını zəbt edərək prezidentin istefasını tələb ediblər. Qondarma qurum başçısı Aslan Bjania müxalifətin zəbt etdiyi binaları tərk edəcəyi təqdirdə istefa verməyə razılaşıb. Lakin sonradan yayılan məlumata görə, A.Bjania istefa verməyəcəyini bəyan edib.
S.Laçın