AZ

Şadlıq evində həmyaşıdını bıçaqlayan gənc qərardan şikayətçidir

Bakıda restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

 

Qeyd: Hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şossesində yerləşən "White Palace" restoranında baş verib. Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib. 

 

Kamal Məmmədov

 

Tarix: 18 Noyabr 2024, 08:54   
Seçilən
17
pravda.az

1Mənbələr