İngiltərənin “Liverpul” klubunun futbolçusu Federiko Kyeza yenidən İtaliyada çıxış edə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
27 yaşlı italiyalı oyunçunun “İnter”ə icarəyə verilməsi gündəmdədir. Bu keçidin qışda gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, Kyeza yayda “Yuventus”dan “Liverpul”a transfer olunub.