AZ

“Kafe mədəniyyəti, əla şərabı ilə məşhur yarı Avropa şəhəri - Bakı” - “The Telegraph”ın məqaləsi

Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinin artıq ənənə halını aldığı bir dövrdə dünya mediasında da ölkəmiz və paytaxt Bakımız haqqında bir çox məlumat xarakterli yazılar geniş işıqlandırılır.

 

Sfera.az bildirir ki, dünyanın ən nüfuzlu mətbuat orqanlarından “The Telegraph” bu dəfə də Bakı haqqında məqalə dərc edib. Məqalədə Bakı “kafe mədəniyyəti, çimərlikləri və əla şərabı ilə təsəvvür ediləndən daha inkişaf etmiş yarı Avropa şəhəri” kimi təqdim edilir və dünyanın ən turistik şəhərlərindən olan Barselona ilə müqayisə edilir.

 

Məqaləni təqdim edirik:

 

Şəhər tətilində nə axtarırıq?

 

Sakit və kriminaldan uzaq küçələrində gəzdiyiniz zaman ortaya çıxan möhtəşəm tarix? Gözəl memarlıq nümunələri? həm qədim, həm də müasir) Əla restoran və barlarda rahat gecə həyatı? Öz fərqli xarakteri ilə asanlıqla əldə edilən kənd? Bəlkə dəniz kənarı?

 

Avropanın ən məşhur şəhərləri getdikcə daha izdihamlı və turistlər üçün daha az qonaqpərvər hala gəldikcə, daha da uzaqlara baxmağın vaxtı çatmış ola bilərmi? Məsələn, bu ay Cop29-un nümayəndə heyətlərini və yüksək səviyyəli qonaqlarını qəbul etdiyi üçün diqqət mərkəzində olan Azərbaycanın paytaxtı sevimli Bakıya nəzər salaq.

 

Düzdür, Barselonaya çatmaq üçün bir az daha çox vaxt lazımdır. Buraya uçuş təxminən beş saatdır. Ancaq yenə də Bakı kiçik bir xəzinədir, İpək Yolunun Xəzər dənizinin sahilindəki keçmiş mərkəzidir. İçərişəhərdə hələ də karvansaraylar (indi mehmanxana və restoranlar) - tacirlərin mallarını satdıqları, dəvələrini yenidən yükləməzdən əvvəl dincələcəkləri sərin yuxarı otaqlarla əhatə olunmuş nəhəng həyətlər var.

 

 

Bu daş döşənmiş küçələrin mərkəzində Şirvanşahlar Sarayı (UNESCO onu “memarlıq incisi” kimi təqdim edib) yerləşir və Bakının əksər şəhərləri kimi, ağ əhəngdaşı ilə tikilib. Bağlarla əhatə olunmuş və Xəzər dənizindən əsən küləklərin sərinləşdirdiyi şəhər məqbərəsi, hamamı, sərdabələri, qədim məscidi və yeraltı həbsxanaları olan kölgəli otaqlar və açıq həyətlərdən ibarət labirintdir. Yaxınlıqdakı qədim, atəşpərəst Azəri zərdüştilərinin simvolu kimi tikilmiş Qız qalasının 12-ci əsrə aid olduğu güman edilir. Onun adı, ehtimal olunan işğalçıya qalib gələn və şəhəri xilas edən, alov saçlı azərbaycanlı Jan D Ark haqqında əfsanədən götürülmüşdür.

 

 

UNESCO Şirvanşahlar Sarayını “memarlıq incisi” kimi təqdim edir.

 

Çoxlu işğalçılar olub, hamısı öz izlərini qoyub. Pyotr Rusiyadan gələrkən daha çox minarənin zirvəsini yıxması ilə yadda qalıb. Bu yaxınlara qədər Azərbaycan Sovet İmperiyasının bir hissəsi idi - gözəl binaları ilə tanınmırdı. Ancaq müstəqillik əldə etdikdən sonra Bakı şəhəri gözəlləşdirilib, daha çox Sovet dövründən qalan tikililəri hər yerdə geniş yayılmış ağ əhəngdaşı ilə örtülü, sütunlar və portiklər, eyvanlar və qəliblər əvəz edib. Geniş, ağaclarla örtülmüş bulvarı ilə Bakının bəzi hissələri qəribə şəkildə Haussmanın Parisini xatırladır. Zərdüştiliyin simvolunu ən müasir memarlığında saxlasa da, müasir şəhərdir. Alov formalı üç göydələn divarlarını bəzəyən nəhəng odlarla gecə səmasını işıqlandırır.

 

Qonşusu İrandan fərqli olaraq, Azərbaycan kifayət qədər liberal mədəniyyətə malikdir. Hamı Qərb (təvazökar da olsa) geyimindədir və ingilis dilində geniş danışılır. Bəlkə də daha təəccüblüsü odur ki, Bakıda əla bar və restoranlarla çiçəklənən gecə həyatı var. Şərab təkcə bu müsəlman ölkəsində istifadə edilmir, həm də burada istehsal olunur. Qonşu ölkələr kimi Azərbaycanın da İslamın gəlişindən əvvələ qədər uzanan və dərin köklərə malik şərabçılıq tarixi var. Burada şərabın öz növləri var - ağ bayanşirə, qırmızı xindoqni (tərcüməsi "sevinc" deməkdir) və olduqca təəccüblü adlanan mədrəsə, hamısı qiymətli irsin, üzümün “qızıl fondunun” bir hissəsidir.

 

 

1985-ci ildə Mixail Qorbaçov və onun sərxoşluğa və alkoqolizmə qarşı mübarizə üzrə Dövlət Proqramı sayəsində şərab sənayesi demək olar ki, kökündən kəsilib. Bu sahə yalnız müstəqillikdən sonra dirçəlməyə başlayıb. İçərişəhərdə siz barlarda və ya Art Club kimi restoranlarda Azərbaycan şərablarının yeni növünü tapa bilərsiniz. Alternativ olaraq, dünyanın təklif etdiyi ən qeyri-adi şərab turlarından biri olan Qafqazın ətəklərindəki bəzi şərab zavodlarına baş çəkə bilərsiniz. Mənzərə - dərin meşələr, nar və fındıqlarla dolu bağlar, hətta sentyabr ayında da qar ləpələri ilə örtülmüş yüksək Qafqaz dağları - heyrətamizdir və şərabların özləri əladır (və münasib qiymətə nadir hallarda 5 AZN-dən çox pul ödəyəcəksiniz). Bir şüşənin qiyməti təqribi 2 funt sterlinqdir.

 

Maraqlıdır ki, Bakı son vaxtlar Qafqazın Böyük Britaniyadan çatmaq üçün ən çətin bölgələrindən birinə çevrilmişdi. Bu ilin əvvəlində “Azərbaycan Hava Yolları” tərəfindən həyata keçirilən həftədə altı reys sayəsində isə bu problem də aradan qaldırılaraq, daha da asanlaşdırılıb. Burada bir turist kimi siz çox bəyənilən bir yeniliksiniz.

 

Əməkdaşımız oteldə yerləşmə, transfer xidmətləri, bələdçi xidməti, nahar və şam yeməkləri, altı şərab dequstasiya mərkəzi və 1209 funt sterlinqə yeddi günlük şərab turu, muzeyə giriş (Bakıda iki gecə daxil olmaqla) olan “Meysari Wines” və “Pasha Travel”ın qonağı olub.

 

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” Londondan Bakıya 417 funt sterlinqə uçuş həyata keçirir.

 

Aylin


Seçilən
54
azia.az

1Mənbələr