AZ

2 investisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi 1 mlrd. manatı keçib

Bakı Fond Birjası bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.

FED.az BFB-yə istinadən xəbər verir ki, 2 investisiya şirkətinin dövlət istirqazları üzrə dövriyyəsi 1 mlrd. manatdan çoxdur.

“PAŞA Kapital İnvestisiya Şirkəti” 3,9 milyard manata yaxın göstərici ilə 1-ci yerdə dayanıb.

“ABB İnvest İnvestisiya Şirkəti”dövlət istiqrazları üzrə dövriyyəsi 1,1 milyard manata yaxın olub.

İlk üçlüyə “CPM İnvest İnvestisiya Şirkəti” də 745,7 milyon manat dövriyyə ilə daxil olub.

“MFX Trading İnvestisiya Şirkəti” və “Troni İnvestisiya Şirkəti”nin dövlət istirqazları üzrə dövriyyəsi olmayıb.

Ən aşağı göstərici “Capital Partners İnvestisiya Şirkəti”ndə (16,9 milyon manat) qeydə alınıb.

Seçilən
28
1
fed.az

2Mənbələr