AZ

Davudoğlundan qalmaqallı açıqlama: ""Kürdüstan"dakı qardaşlarıma salam olsun!"

İraqın tərkibində olan Şimali İraq Regional Kürd bölgəsinin rəsmi kanalına müsahibə verən Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu canlı yayımlanan verilişin əvvəlində qalmaqallı açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bölgə rəhbərliyinə xoş münasibətini qabartmaqla yanaşı, "Kürdüstan" ifadəsini işlədib.

Məlumata görə, Türkiyənin birmənalı yaxına buraxmadığı ifadəyə baxmayaraq, o, “Rudaw” kanalına müsahibəsinin girişində belə deyib: "Öncə Kürdüstan bölgəsində - Ərbil, Süleymaniyyə, Duhok və Zaxoda olan bütün qardaşlarıma salamlarımı çatdırıram. O bölgəni nə qədər yaxından tanıdığımı və sevdiyimi hər kəs bilir".

Firudin Səfərli

MİA.AZ

Seçilən
40
mia.az

1Mənbələr