Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 55,90 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Azərbaycan oktyabr ayı ilə müqayisədə mövqeyində 6 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 158 ölkə arasında 93-cü yerdə qərarlaşıb. Burada Azərbaycan 3 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 57,62 MB/S olub.