AZ

Spaletti Fransaya məğlubiyyətdən sonra nələr dedi?

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti UEFA Millətlər Liqasında Fransaya uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis 1:3 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Erkən qol buraxmaq planlarımızı pozdu. Qoldan sonra hesabı bərabərləşdirməyə çalışsaq da, rəqib yenə fərqləndi. Fasiləyə kimi bir qol vursaq da, ikinci hissədə yenə qapımızı toxunulmaz saxlaya bilmədik. Bəzi anlarda düzgün qərar vermədik və rəqibin oynamağına imkan yaratdıq.

Məğlubiyyət komandanın inamına pis təsir edir. Fanatlara görə də məyusam, onlar qələbə üçün bura yığışmışdılar. Yaxşı atmosfer yaratsalar da, onları sevindirə bilmədik”.

Seçilən
17
futbolpress.az

1Mənbələr