AZ

Türk dövlətlərinin ortaq marşı olacaq

Türk

Başda əlifba olmaqla, bir çox mövzuda ortaq istifadə sahələrini həyata keçirən türk dövlətlərinin ortaq sənət lüğəti və ortaq marş layihələri də reallaşdırılacaq.

Reyting.az
xəbər verir ki, Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin Dönəm Başçısı, Ankara Musiqi və Sənətlər Universitetinin rektoru, professor Erhan Özden sənət sahəsində də ensiklopedik araşdırma aparılacağını bildirib.

Türk Dövlətləri İncəsənət Universitetləri Dərnəyinin qurduğu komitənin işi ilə ortaq lüğətin uzunmüddətli dövrdə ortaya çıxacağı gözlənilir.

Müstəqil sənət sahələrində lüğət yaradılacağını da bildirən Özden deyib ki, ensiklopediyanın hər bir sənət sahəsinə aid bir lüğəti olacaq.

Özden türk dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış bir marşın olacağını da qeyd edib.

V. QULİYEV
Seçilən
18
reyting.az

1Mənbələr