AZ

Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordunun batalyon komandirləri və siyasi rəhbərlərinin dördüncü toplantısında çıxış edib və tam döyüş hazırlığında olmağa çağırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) xəbər yayıb.
Bildirilir ki, Şimali Koreya lideri "ABŞ və marionet Koreya Respublikası da daxil olmaqla düşmən qüvvələrin respublikaya qarşı hərbi qarşıdurma dəliliyinin təhdidedici xarakterini" qeyd edib və bunun regionun tarixində ən gərgin vəziyyəti yaratdığını bildirib.
O, Şimali Koreya Silahlı Qüvvələrini müharibəyə hazırlığın təkmilləşdirilməsi və döyüş qüvvələrinin artırılması üçün bütün səyləri göstərməyə çağırıb.
"Biz əldə edilənlərlə kifayətlənməyərək, nüvə qüvvələri başda olmaqla dövlətin özünümüdafiə qüvvələrini heç bir məhdudiyyət olmadan daim gücləndirməyə davam edəcəyik", - deyə Kim Çen In əlavə edib.
Qeyd olunur ki, belə bir tədbir sonuncu dəfə 10 il əvvəl baş tutub.
Seçilən
35
50
oxu.az

10Mənbələr