Müğənni Xatirə İslam gözlənilməz addım atıb.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində izləyicilərdən gələn neqativ rəylərin qarşısını almaq üçün şərh bölməsini bağlayıb.
Xatirə bu addımını atmasını belə nəql edib:
“Suallarınıza bir-bir cavab: deyirsiniz şərhi niyə bağlamısınız? Çünki kim nə istəyir yazır: qəlb qırırlar. Düşünmürlər ki, bəlkə nəsə yazarlar qəlbinə dəyər. Biri yazır çantası orijinal deyil, o biri yazır ayaqqabısı belədir. Bilmirəm nəyi çəkib paylaşmaq lazımdır? Mən bilirəm, siz niyə narahat olursunuz? Bizdə ya var, ya da yoxdur. Qəlb qırmayın”.