AZ

Yaponiya qlobal BTR-in təkmilləşdirilməsi üçün Azərbaycanla birgə çalışmaq niyyətindədir

Bakı. Trend:

Yaponiya Qlobal İqlim Şəffaflığının (BTR) təkmilləşdirilməsiüçün Azərbaycanla birgə çalışmaq niyyətindədir.

Trend xəbər verir ki, bubarədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlimşəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Bakı Qlobal İqlim Şəffaflığı Platforması, dünya üzrəşəffaflığın artırılmasına yönəlmiş təşəbbüs olaraq, vaxtındaatılmış bir addımdır və mən onu bu Tərəflər Konfransının (COP)mühüm nailiyyəti kimi qəbul edirəm.

Yaponiya Azərbaycan və burada toplaşan bütün maraqlı tərəflərləbirlikdə BTR-in təkmilləşdirilməsi üçün çalışmaq niyyətindədir", -deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
46
az.trend.az

1Mənbələr