AZ

Cənubi Afrika iqlim şəffaflığı və emissiyalar üzrə hədəflərini təqdim edib

Bakı. Trend:

Cənubi Afrika Təkmilləşdirilmiş Şəffaflıq Sistemi (ETF)çərçivəsində fəal şəkildə çalışır və iqlim öhdəliklərinin yerinəyetirilməsini davam etdirir.

Trend xəbər verir ki, bubarədə Cənubi Afrikanın ətraf mühit, meşə təsərrüfatı və balıqçılıqnaziri Dion Corc "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmimasası"nda bildirib.

Onun sözlərinə görə, Cənubi Afrika BMT-yə və Hökumətlərarasıİqlim Dəyişiklikləri Panelinə (IPCC) 3 milli kommunikasiya, 5İkiillik Şəffaflıq Hesabatı (BTR) və 7 milli inventarizasiyahesabatı təqdim edib. 2023-cü ildə son hesabat versiyası təqdimedilib, bu il isə ölkə 4-cü milli kommunikasiya və ilk şəffaflıqhesabatını təqdim etməyi planlaşdırır.

"Cənubi Afrika öz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri(NDC) çərçivəsində hədəflərin icrasını fəal şəkildə izləyir.2025-ci ilə qədər istixana qazı emissiyalarının 398-510 milyon tonkarbon ekvivalenti, 2030-cu ilə qədər isə 350-420 milyon tonarasında olacağı proqnozlaşdırılır", - deyə o bildirib.

Nazir bu hədəflərə çatmaq üçün Cənubi Afrikanın bir sıra mühümsiyasətləri həyata keçirdiyini qeyd edib. Bu siyasətlərəİnteqrasiya olunmuş enerji və resurs strategiyaları, "yaşıl"enerjiyə keçid strategiyası daxildir. Ölkə, həmçinin, karbonvergisi, "yaşıl" nəqliyyat strategiyası və tullantıların idarəolunması proqramlarını tətbiq etməyə davam edir.

Nazir inkişaf etməkdə olan ölkələrin, o cümlədən, CənubiAfrikanın iqlim öhdəliklərini yerinə yetirmək üçün maliyyədəstəyinin vacibliyini vurğulayıb. O, inkişaf etmiş ölkələri ParisSazişi hədəflərinə və 2050-ci ilə qədər karbon neytrallığına nailolmaq üçün qrantlar, güzəştli kreditlər və texnologiya transferişəklində maliyyə yardımı göstərməyə çağırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr