Bloomberg agentliyinin məlumatına görə Volodimir Zelenski Ukrayna münaqişəsini həll etmək üçün Rusiyaya qarşı kompromisə getməyə məcbur olacaq.
Bizim.Media xəbər verir ki, agentlik bu barədə iki avropalı rəsmiyə istinadən məlumat verib:
"Zelenskinin Putinlə kompromisə getməsinə dair anlayış artır", - deyə agentlik bildirib.
Nəşrin iddialarına görə, heç bir tərəf qəti qələbə əldə edə bilməyəcək. Zelenski isə bir gün əvvəl "raketlərin özləri hər şeyi deyəcək" açıqlamasını verib.
Qeyd edək ki, bu bəyanat, ABŞ-ın prezidentinin Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın ərazisinə zərbə endirmək üçün ATACMS uzaqmənzilli raket sistemini istifadəyə icazə verməsi barədə məlumatın yayıldığına cavab olaraq verilmişdi.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta