AZ

Qazın qiyməti Avropada 500$ keçdi

Fins.az - Avropada qazın qiymətləri, birjalarda 1 min kubmetr üçün 500 dolları keçərək, son illərin ən yüksək səviyyələrinə yaxınlaşır.

Qiymət artımının əsas səbəbləri arasında istilik mövsümünün başlaması, hava şəraitinin pisləşməsi və Ukrayna üzərindən qaz tranzitinin başa çatması yer alır. Eyni zamanda, Avstriyaya qaz təchizatının dayandırılma riski də qiymətlərin artmasına təsir göstərir.

Soyuq hava şəraiti ilə əlaqədar yanacağa tələbatın artması gözlənilir. Xüsusilə, Almaniyada dekabr ayında elektrik istehsalı üçün qaz istehlakının 25% artacağı bildirilib. Bu, ölkə daxilində enerji tələbinin yüksək olacağına işarə edir.

Bundan başqa, ABŞ-da prezident Donald Trampın seçilməsi ilə bağlı qaz qiymətlərinə dair qarışıq proqnozlar ortaya çıxıb. Bir tərəfdən, yeni administrasiya, neft və qaz sektorunun dəstəklənməsi və Avropaya enerji tədarükünün artırılması istiqamətində addımlar atmağı planlaşdırır. Bu isə qaz qiymətlərinin düşməsinə səbəb ola bilər. Digər tərəfdən, Trampın əvvəlki prezident Joe Baydenin ekoloji siyasətləri ilə bağlı bir sıra qərarlardan imtina etməsi, uzunmüddətli qaz qiymətlərinə təsir edə bilər.

Hazırkı qiymət artımı kritik hesab edilməsə də, Avropa bazarlarında qazın qiymətləri hələ də tarixi maksimumlardan xeyli aşağı qalır. Növbəti aylarda qiymətlərin necə dəyişəcəyi isə qış aylarının sərt keçib-keçməyəcəyindən və təchizat məsələlərinin necə həll ediləcəyindən asılı olacaq.

Seçilən
15
fins.az

1Mənbələr