AZ

BMT-nin proqram rəhbəri: Xəzərin dayazlaşması regionun ərzaq təhlükəsizliyini təhdid edir

Xəzər dənizinin səviyyəsinin dəyişməsi regionun ərzaq təhlükəsizliyini təhdid edir.

“Report” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen COP29 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması və iqlim dəyişikliyinə həsr olunmuş tədbirdə bildirib.

"Mən regionun təhlükəsizliyinə görə narahatam. Bu problem tezliklə həll edilməlidir, çünki əks halda beş milyona qədər insan təhlükə altında olacaq", - o bildirib.

İcraçı direktor Xəzəryanı ölkələrin birləşməsinin vacibliyini bir daha vurğulayıb:

"Çünki Xəzər dənizinin dayazlaşması probleminin həllinə yalnız birgə səylərlə nail olmaq mümkündür".

Seçilən
29
1
report.az

2Mənbələr