AZ

Dövlət istiqrazları üzrə dövriyyəsi kəskin artan 5 şirkət

Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin dövlət istiqrazlarının dövriyyələrinin dinamikası açınlayıb.

FED.az xəbər verir ki,  dövlət istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "PSK Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin dövlət istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 4,1 dəfə və ya 79,9 milyon manat artıb.

"Capital Partners İnvestisiya Şirkəti"-nin dövlət istiqrazları üzrə dövriyyəsi 3,8 dəfə və ya 47,6 milyon manat yüksəlib.

Bu dövrdə "İnvest.az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 2,5 dəfə, başqa sözlə 312,7 milyon manat artım qeydə alınıb.

"AzFinance İnvestisiya Şirkəti"ndə artım isə 2,2 dəfə, başqa sözlə 235,5 milyon manat olub.

"Unicapital İnvestisiya Şirkəti"nin dövlət istiqrazları üzrə dövriyyəsi 2,1 dəfə və ya 86,7 milyon manat artıb.

Birja dövriyyəsi ən kəskin azalan şirkət isə 6,1 dəfə və ya 127,9 milyon manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.

Seçilən
44
fed.az

1Mənbələr