AZ

Nazirin banan fobiyası komandasını bezdirib

Nazirin banan fobiyası komandasını bezdirib

İsveçdə gender bərabərliyi naziri Paulina Brandberg-in banan fobiyasının komandasına çətin anlar yaşatması müzakirə mövzusuna çevrilib.AFN.az xəbər verir ki, İsveç mediasına sızan rəsmi yazışmalarda Brandberqin komandasının nazir hər hansı otağa girməzdən əvvəl banan olub-olmadığını yoxladığı bildirilir. Bir çox siyasətçi Brandberqi fobiya ilə mübarizədə dəstəkləyib.İsveçin “Expressen” qəzetində dərc olunan hökumət yazışmalarına görə, Brandberqin komandası nazirin rəsmi səfərlərindən əvvəl ətraf mühitə bananın buraxılmaması üçün elektron məktublar göndərir. Bu, Brandberqin banana qarşı güclü allergiyası olması ilə əsaslandırılır.Buna görə, sentyabr ayında İsveç parlamentinin sədri Andreas Norlenin ofisində keçiriləcək görüşdən əvvəl yazışmalarda otaqda, yeməklərdə və şirniyyatlarda "banan izi qalmaması" istənilib. Başqa bir e-məktubda Brandberqin tədbirə girməli olduğu otaqda banan olmamasını xahiş etdiyi və müsbət cavab aldığı bildirilir.Liberal partiyalı nazir 2020-ci ildə banan qorxusu ilə bağlı açıqlama verib və bu vəziyyəti "dünyanın ən qəribə fobiyası" kimi qiymətləndirib. Yazışmalar dərc edildikdən sonra “Expressen” qəzetinə verdiyi açıqlamada o, banan fobiyasının olduğunu təsdiqləyib. Banana görə bir növ allergiya keçirdiyini deyən nazir bu məsələ ilə bağlı peşəkar yardım aldığını da əlavə edib.Banan məsələsi birdən-birə İsveçdə ən çox danışılan mövzuya çevrildikdən sonra Brandberq siyasi dünyadan dəstək mesajları alıb.

Seçilən
8
afn.az

1Mənbələr