AZ

COP29-u siyasi maraqlara alət etməyə çalışanların planları fiaskoya uğradı



BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) BMT Baş Assambleyasından sonra ikinci ən böyük toplantıdır. Məhz buna görə də dünyanın diqqəti bu gün Azərbaycandadır. 197 ölkədən 176 min nümayəndə bu konfransda qeydiyyatdan keçib və onların içində 80 dövlət və hökümət başçılarının, həmçinin nazirlərin, yüksək rütbəli şəxslərin iştirakı mötəbərliyinə, böyük əhəmiyyətinə dəlalət edir. COP29 Konfransına xoş niyyətlə yanaşanlardan başqa təəssüf ki, bundan çirkin məqsədləri üçün siyasi meydana, bu mötəbər tədbiri siyasi maraqlara alət etməyə çalışanlar da oldu. Nə xoş ki həmin qüvvələrin planları fiaskoya uğradı. İstər iştirakçıların sayına və tərkibinə görə, istərsə də təşkilatı texniki məsələlərə görə çox yüksək səviyyədə keçirilir. Qəbul olunan qərarlara, müzakirəyə çıxarılan məsələlərə diqqət yetirsək bir daha aydın olar ki, bu konfrans planetimizin qorunması və real təhlükələrin aradan qaldırılması üçün müstəsna rol oynayacaq. Azərbaycana gəlincə təbii ki bu Ölkənin beynəlxalq nüfuzu və etibarlılığını göstərdi. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı təşəbbüslərinin təkcə sözdə deyil əməldə də göstərdiyinin sübutu oldu.

Əli Oruclu
Seçilən
19
newscenter.az

1Mənbələr