AZ

Pilotsuz təyyarələr Moskvaya hücum etdi

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi gecə 59 Ukrayna pilotsuz uçan aparatının Rusiyanın beş bölgəsində vurulduğunu bildirib.

Nazirliyin xülasəsində bildirilir ki, Bryansk vilayəti üzərində 45, Kursk vilayəti üzərində altı, Belqorod və Tula vilayətləri üzərində hər biri üç, Moskva vilayəti üzərində iki pilotsuz təyyarə vurulub.

Moskva meri Sergey Sobyanin bildirib ki, bir pilotsuz təyyarə Ramenskoye şəhəri üzərində, ikincisi isə Pavlovski Posad ərazisində vurulub. Bu şəhərlər Rusiya paytaxtının kənarından təxminən 20 və 50 kilometr aralıda yerləşir. Sobyanin Telegram kanalında yazıb: “Hadisə yerində təcili xidmət mütəxəssisləri işləyir”. Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, hücum nəticəsində tələfat və dağıntı yoxdur.
Rusiyanın digər vilayətlərinin hakimiyyət orqanları hələ ki, Ukrayna pilotsuz təyyarələrinin gecə hücumlarını şərh etməyiblər.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr