AZ

ABŞ Ukraynanın Kursk vilayətindən kənarda zərbələr endirməsinə icazə verib




Ukraynanın Amerikanın uzaqmənzilli silahları ilə zərbə endirmək üçün aldığı icazə yalnız Kursk istiqaməti ilə məhdudlaşmaya bilər. Bu barədə Washington Post yazır.
Bundan əvvəl KİV xəbər vermişdi ki, ABŞ prezidenti postunu tərk edən Co Bayden Ukraynaya ATACMS raketləri ilə Rusiyaya uzaq mənzilli zərbələr endirməyə icazə verib. “The New York Times” yazıb ki, Ukrayna Silahlı Qüvvələri öz bölmələrini yalnız Kursk istiqamətində “müdafiə etmək” üçün zərbələr endirə biləcək.Adı açıqlanmayan rəsmi və məsələdən xəbəri olan başqa bir şəxs “The Washington Post”a bildirib ki, Ukraynanın “ilkin səylərinin” “Kursk bölgəsinə və ətrafına” yönələcəyi gözlənilir, lakin zərbə zonası genişləndirilə bilər.
Bu yaxınlara qədər Bayden administrasiyası ATACMS raketlərinin Rusiya ərazisinə atılmasına qəti şəkildə qarşı çıxır və bunun eskalasiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edirdi. İndi Ağ Ev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən başlayacaq sülh danışıqlarından əvvəl Ukraynanı “mümkün olan ən yaxşı mövqeyə” qoymaq istəyir, WP qeyd edir.
ABŞ rəsmisi qəzetə deyib ki, Baydenin ATACMS zərbələrini təsdiqləməsi döyüş meydanında "çox spesifik və məhdud təsir göstərəcək".

Nəşr vurğulayır ki, bu zərbələrə ən çox şübhə ilə yanaşan Pentaqon rəsmiləri olub. Onlar xəbərdarlıq ediblər ki, hücumların təsirləri məhdud olacaq, çünki Kreml döyüş təyyarələrinin və digər aktivlərinin əksəriyyətini ölkə daxilində - uçuş məsafəsindən kənara çıxarıb.
Bundan əlavə, Bayden administrasiyasının rəsmiləri qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin ATACMS ehtiyatı “çox məhduddur” və Rusiya onları vurmaq üçün əhəmiyyətli potensiala malik olduğunu nümayiş etdirib. Eyni zamanda, Pentaqon öz ATACMS ehtiyatını azaldır.

aia.az
Tərcümə şöbəsi



Seçilən
18
50
aia.az

10Mənbələr