AZ

Rusiya ordusu Sumi şəhərini ballistik raketlərlə vurdu - Çoxsaylı ölü, böyük dağıntılar var

Noyabrın 17-də axşam saatlarında Rusiyanın Ukraynanın Sumi şəhərində yaşayış məntəqəsinə endirdiyi ballistik raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 10 nəfər həlak olub, 50-dən çox adam yaralanıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Sumiyə raket hücumu nəticəsində, yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı altı çoxmərtəbəli binaya, eləcə də onlarla avtomobilə ziyan dəyib. Hakimiyyət bazar günü şəhərə hücumu müharibə başlayandan bəri ən dağıdıcı hücumlardan biri adlandırır.

Vilayət administrasiyasının məlumatına görə, şəhərdə elektrik enerjisi kəsilib.

Ukraynanın Sumı vilayəti avqustun 6-da ərazisinə Ukrayna Silahlı Qüvvələri bölmələrinin daxil olduğu Rusiyanın Kursk vilayəti ilə həmsərhəddir. Ukrayna Prezidenti Voldimir Zelenski bildirib ki, bu əməliyyatın məqsədlərindən biri Sumı vilayətini Rusiyanın mümkün hücumundan qorumaq olub.

Eyni zamanda, Ukrayna ordusu Kursk vilayətinə soxulduqdan sonra Sumı vilayətində atışmaların intensivliyi xeyli artıb. Yerli administrasiya ümumilikdə altı minə yaxın insanın yaşadığı 23 yaşayış məntəqəsinin məcburi boşaldıldığını bildirib.

"AzPolitika.info"

Seçilən
68
49
azpolitika.info

10Mənbələr