Böyük Britaniyanın Müdafiə Nazirliyi ən yeni qanadlı raketin sınağını elan edib.
Vətəninfo.az xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir ki , turboreaktiv mühərrikli qanadlı raketin sınağı uğurla başa çatıb. o, İsveçdəki Vidsel sınaq platformasından BAE Systems tərəfindən idarə olunan Typhoon təyyarəsindən buraxılıb.
100 km-dən çox məsafədəki hədəfləri vurma qabiliyyətinə malik SPEAR raketinin hava hücumundan müdafiə vasitələri, gəmilər, tanklar, qorunan strukturlar və sürətlə hərəkət edən maşınlara qarşı istifadə üçün nəzərdə tutulduğu bildirilir. İstifadəyə verildikdən sonra o, Britaniyanın F-35B döyüş təyyarələrinə quraşdırılacaq və orduya həm qurudan, həm də Kraliça Elizabeth sinifli təyyarə gəmilərindən hədəfləri vurmağa imkan verəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, innovativ SPEAR raketinin uğurlu sınağı Britaniya Silahlı Qüvvələrinin imkanlarının inkişafı prosesində əhəmiyyətli sıçrayışdır ki, bu da Kral Hərbi Dəniz Qüvvələrinin və Hərbi Hava Qüvvələrinin müdafiə üçün zəruri olan qabaqcıl texnologiyalarla təchiz olunmasını təmin edir.