AZ

Spaletti Fransaya məğlubiyyəti şərh etdi

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti UEFA Millətlər Liqasında Fransaya uduzduqları görüşü şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti mütəxəssisin 1:3 hesabıyla bitən oyunla bağlı sözlərini belə təqdim edib:

“Elə ilk dəqiqələrdən dəsti-xətti əldən verdik. Sakitliyimizi qoruya bilmədik və çox enerji sərf etdik. Hesabı 1:2-yə çatdıran qolu vurduqdan sonra ooyunu xilas edə biləcəyimiz görünürdü, amma sonra yenə qol buraxdıq. Başqa vaxtlarda olduğu kimi oynaya bilmədik. Ötürmələr səliqəli alınmadı və Fransaya bizi bağlamağa icazə verdik. 
Bu məğlubiyyət özünəinam baxımından müəyyən problemlər yarada bilər. Azarkeşlərə yazığım gəlir, çünki stadionda gözəl ab-hava var idi”. 

Fransa və İtaliya hərəyə 13 xal toplayaraq A Liqasında 2-ci qrupun ilk iki pilləsində qərarlaşıblar. Bununla da hər iki komanda Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb.

Mirağa

Seçilən
3
fanat.az

1Mənbələr