AZ

İqlim dəyişikliyi əmək bazarına çox güclü təsir göstərir - Sahil Babayev

Bakı. Trend:

İqlim dəyişikliyi çoxölçülü məsələdir. İqlim dəyişikliyi həm dəəmək bazarına çox güclü təsir göstərir.

Trendxəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziriSahil Babayev COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcəküçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş”də çıxışı zamanı deyib.

O qeyd edib ki, ildən-ilə ənənəvi işlərdən daha yüksək texnolojiişlərə keçidi və ölkələrin əmək resurslarında həmin iş yerlərinitəmin etmək və müvafiq əmək resurslarının yaradılmasınıgörürük.

“Təbii ki, istənilən hökumət, istənilən dövlət əsasən əhalininməşğulluğundan faydalanır. Biz ölkədə mümkün qədər məşğulluğu təminetməliyik ki, əhali öz həyatını yaşasın, layiqli həyat tərzikeçirsin, layiqli işlə təmin olunsun, öz həyatında layiqli yaşamaqimkanları olsun. Deməli, biz müvafiq işçi qüvvəsinin, insanresurslarının mövcudluğunu təşviq etməliyik. Yeni iş yerləri vəyeni bacarıqlar üçün yeni standartları və yeni kurikulumları təminetmək üçün onlara peşə təhsili mərkəzlərimizdə yeni bacarıqlarqazandırmağa çalışırıq.

Yeni dünyaya uyğunlaşmaq üçün yeni bacarıqlara həmişə ehtiyacolub. Bu baxımdan düşünürəm ki, həyat boyu öyrənmə bacarıqlarınınəsas məqsədi gələcəyimiz üçün getdikcə daha çox əhəmiyyət kəsbedəcək”,- deyə nazir bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr