AZ

250 milyon dollar büfcəli film gözləntilərini doğrultmadı

Yazını böyüt
Yazını kiçilt

Amazon MGM Studios-un yeni Milad filmi nümayiş olunduqdan sonra həftə sonu kassasının qalibi olmaqda çətinlik çəkməyəcək. Bununla belə, ulduzlu aktyor heyəti və böyük büdcəsi ilə diqqət çəkən bu filmin hədəflənən uğura nail olub-olmayacağı maraq doğurur.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, Duayn Conson və Kris Evansın baş rollarda oynadığı Miladla bağlı film “Code Name: Red” (Red One), cümə günü nümayiş olunduğu ABŞ-da təxminən 11 milyon dollar qazanaraq kassa siyahısına başçılıq etdi.

Filmin ABŞ-da həftəsonu gəlirinin 30 milyon dollara çatacağı düşünülür. Bununla belə, “Deadline” “The Rock” ləqəbli Consonun keçmiş blokbaster filmlərini xatırlayır və deyir: “Biz daha yaxşılarını görmüşük”.

“Variety” “Code Name: Red”in brütu ilə bağlı aşağıdakı qiymətləndirməni edir: "Bu rəqəm 250 milyon dollarlıq istehsal büdcəsi və böyük marketinq xərcləri ilə xüsusi effektlər macərası üçün çox da ürəkaçan nəticə deyil".

“Code Name: Red”ın yüksək büdcəsinə baxmayaraq gəlirli olması üçün uzun müddət göstərilməlidir.

Amazon əvvəlcə filmi birbaşa Prime Video platformasında buraxmağı planlaşdırmışdı. Lakin o, bu planından əl çəkdi və ilk olaraq filmi kinoteatrlarda nümayiş etdirməyə qərar verdi.

Hiram Qarsianın hekayəsi əsasında Milad mövzulu döyüş filmində Conson və Evansa Lusi Liu, Kiernan Şipka, Bonnay Hunt, Nick Kroll, Kristofer Hivju, Uesli Kimmel və J. K. Simmons qoşulacaqlar.

Şimali Amerikada 4 mindən çox kinoteatrda nümayiş etdirilən döyüş filmi tənqidi bəyənmə qazanmayıb.

Rejissoru Cek Kasdan olan “Code Name: Red”, Şimal Qütbünün Təhlükəsizlik rəisinin hekayəsindən bəhs edir. O, Santa Klaus oğurlandıqdan sonra bədnam lütf ovçusu ilə birlikdə hərəkətli bir missiyada iştirak etməlidir.

50 yaşlı amerikalı rejissor Kasdan Consonla 2017-ci ildə çəkilmiş “Jumanji: Welcome to the Jungle” filmində də çalışıb.

Seçilən
5
hafta.az

1Mənbələr