AZ

COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkənin ən böyükkommersiya banklarından biri olan Bank Respublika və Niderlandİnkişaf Bankı (FMO) arasında Azərbaycanda yaşıl layihələrinmaliyyələşdirilməsi üzrə böyük kredit sazişi imzalanıb.

Sazişə əsasən, beynəlxalq maliyyə institutu «Bank Respublika»ya4 il müddətinə 40 milyon ABŞ dolları məbləğində Azərbaycanmanatında (AZN) yaşıl kredit ayıracaq.

Qeyd etmək lazımdır ki, bu, FMO tərəfindən Azərbaycan bankınaayrılan ilk yaşıl kreditdir. Ayrılmış kredit, ölkənin 2035-ci iləqədər istixana qazı tullantılarının 40% azaldılması istiqamətindəkisəylərinə töhfə verəcək.

“Bank Respublika ilə yaşıl kredit üzrə tərəfdaşlığımızıdavam etdirməkdən böyük məmnuniyyət duyuruq. Bu investisiya,Azərbaycanda yaşıl maliyyənin inkişafına dəstək baxımından mühümbir addımdır. Bank Respublika-ya etimadlarına və əməkdaşlığa hazırolduqlarına görə təşəkkür edirik. Bu vəsaitlərin yerli iqtisadiyyatvə ətraf mühitə göstərəcəyi müsbət təsiri görməyi səbirsizlikləgözləyirik”, - deyə FMO-nun icraçı direktoru, MichaelJongeneel qeyd edib.

İlk növbədə, qeyd etmək istərdim ki, busazişin ölkəmizdə uğurla davam edən COP29çərçivəsində imzalanmasından çox məmnunuq. Bu, bizimiqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafındəstəklənməsində olan səylərimizi bir dahanümayiş etdirir. Bizim uzunmüddətli vəmühün tərəfdaşımız olan FMO ilə belə böyük məbləğdəsazişin imzalanması beynəlxalq maliyyə təşkilatlarının“Bank Respublikaya olanetimadını bir daha təsdiq edir vəeyni zamanda bizneslərini ekoloji texnologiyalarvasitəsilə inkişaf etdirən sahibkarlara dəstəyimizi göstərir.Biz əməkdaşlıq üçün tərəfdaşlarımıza təşəkkür edirik və əminikki, bu saziş ölkədə ekoloji biznes layihələrinin stimullaşdırılmasıimkanlarını genişləndirəcək və qlobal səviyyədə ekolojiproblemlərin həllinə öz töhfəsini verəcək”, – deyə«Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılovbildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin,telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

COP29
COP29
COP29
COP29
Seçilən
6
15
az.trend.az

10Mənbələr