AZ

Sahil Babayev: Bazara mümkün qədər yeni “yaşıl ixtisaslı” işçi qüvvəsini gətirməyə çalışırıq

Ənənəvi təhsil sisteminə əlavə olaraq, məktəblərə, kolleclərə, universitetlərə, peşə təhsili mərkəzlərimiz vasitəsilə biz ildə 15 000-ə yaxın insanı ayrıca işlə təmin edirik.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

O qeyd edib ki, nazirlik peşə təhsili mərkəzlərində onlara yeni bacarıqlar qazandırmağa çalışmaqla “yaşıl iş” və “yaşıl bacarıqlar” üçün yeni standartları və yeni karyera proqramlarını təmin edir.

“Və əlbəttə ki, biz bazara mümkün qədər yeni “yaşıl ixtisaslı” işçi qüvvəsini gətirməyə çalışırıq. İki il ərzində 1600-dən çox kurs təşkil etdik. Və burada təkcə dövlət qurumları ilə deyil, həm də özəl qurumlarla işləmək lazımdır”, - nazir əlavə edib.

Seçilən
20
apa.az

1Mənbələr