İqlim dəyişiklikləri müasir dövrün ən aktual və həl edilməsi olduqca mürəkkəb problemlərindən biridir. Eko sistemin çirklənməsi müxtəlif səbəblərdən qaynaqlansa da, onun nəticələri ümumi konteksdə bəşəriyyəti narahat edir. Çünki, qlobal istiləşmə artıqca ona bağlı təbii fəlakətlərin sayında və şiddətliyində ciddi artım müşahidə olunur.
Azərbaycan COP29-a ev sahibliyi etməklə planetimizi düşündürən taleyüklü məsələlərin həllində moderatorluq edir. Əldə olunan razılaşmalar və qəbul edilən qərarlar onu deməyə əsas verir ki, Bakı platforması qarşıya qoyulan hədəflərə nail olub.
Azərbaycan COP29 çərçivəsində müxtəlif mövzuları aktuallaşdırır. Xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərinə daha çox məruz qalan kiçik ada dövlətlərinə dəstək nümayiş etdirilməsi onu deməyə əsas verir ki, ölkəmiz problemlərin həllində real nəticələrə fokuslanıb. Çünki sözügedən ölkələr uzun müddət təktərəfli yanaşmaların qurbanı olub və qeyri-təbii vasitələrlə torpaqları çirklənməyə məruz qalıb. Hesab edirəm ki, Bakı platforması bundan sonra həmin ölkələr və xalqlar üçün hər zaman mayak rolunu oynayacaq.
Pərviz Mirizadə