ABŞ prezidenti Co Bayden Ukraynanın yalnız Rusiya Federasiyasının Kursk vilayətində uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilir ki, müvafiq qərar təxminən üç gün əvvəl qəbul edilib.
Məlumata görə, bu qərar Şimali Koreyanın Ukraynaya qarşı müharibə üçün Rusiyaya daha çox qoşun göndərməsinin qarşısını almaq üçün verilib.
“Amerika rəsmiləri ümid edir ki, Kurskdakı Şimali Koreya qüvvələri vurularsa, Pxenyan Rusiyaya qoşun göndərmək qərarına yenidən baxa bilər və Rusiyanın Kurskdakı əks-hücumları uğursuzluqla nəticələnəcək”, - deyə vurğulanıb.
Daşqın HəsənovMissiya.Az