AZ

Növbəti il üzrə dövlət büdcəsindən təhsil xərclərinə ayrılacaq vəsait açıqlanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci il üzrə Azərbaycanda təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu, 2025-ci ilin dövlət büdcəsi zərfində əks olunub.
Bu da 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur.
Həmin xərclərin ÜDM-də xüsusi çəkisi 3,8 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox), dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi isə 12 faiz (2024-cü illə müqayisədə 0,6 faiz-bənd çox) təşkil edəcək.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 347,6 milyon manatının və ya 47,5 faizinin ümumi təhsil xərclərinə, 750,7 milyon manatının və ya 15,2 faizinin ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsinə, 467,4 milyon manatının və ya 9,4 faizinin məktəbəqədər təhsil xərclərinə, 104,9 milyon manatının və ya 2,1 faizinin orta ixtisas təhsili xərclərinə, 82,2 milyon manatının və ya 1,7 faizinin peşə təhsili xərclərinə, 85,7 milyon manatının və ya 1,7 faizinin məktəbdənkənar təhsil müəssisələrinin (idman məktəbləri və s.) xərclərinə, 28,3 milyon manatının və ya 0,6 faizinin əlavə təhsil və tətbiqi tədqiqatlara, 1 milyard 79,3 milyon manatının və ya 21,8 faizinin təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulub.
2024-cü illə müqayisədə ali təhsil və dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi xərcləri 147,8 milyon manat və ya 24,5 faiz, məktəbəqədər təhsil xərcləri 16,3 milyon manat və ya 3,6 faiz, orta ixtisas təhsili xərcləri 3,5 milyon manat və ya 3,4 faiz, peşə təhsili xərcləri 5,1 milyon manat və ya 6,6 faiz, əlavə təhsil xərcləri 0,1 milyon manat və ya 0,5 faiz, təhsil sahəsində digər müəssisə və tədbirlərlə bağlı xərclər 434,2 milyon manat və ya 52,3 faiz artıb.
Seçilən
15
6
oxu.az

7Mənbələr