AZ

Bu orqanların xərcləri ilə bağlı büdcədən 35 milyon manat ayrılacaq

2025-ci il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının xərcləri ilə bağlı 3 milyard 205,1 milyon manat ayrılması nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə 2025-ci ilin dövlət büdcəsi zərfində qeyd olunub.

Sənəddə qeyd edilib ki, ayrılan məbləğdən məhkəmə hakimiyyətinin saxlanılması üçün - 151 milyon, hüquq mühafizə ilə bağlı 2 milyard 314, 3 milyon manat dövlət büdcəsindən ayrılacaq.

Bundan başqa prokurorluq orqanların saxlanılması üçün 126 milyon 695 min manat, məhkəmə qərarlarının icrası - 10 milyon manat, hüquqi yardımla bağlı isə 6 milyon 61 min manat dövlət büdcəsindən ayrılacaq.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər üçün isə 597 milyon 129 min manat nəzərdə tutulub.

Seçilən
10
sia.az

1Mənbələr