AZ

Tramp Bakı və İrəvanın tezliklə anlaşmasını istəmir - Sərkisyan

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanmasını istəməyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan deyib.

Ekspertin fikrincə, bəzi məqamlar Amerikanın yeni liderini bundan çəkindirə bilər:

“Bayden administrasiyası Ermənistan-Azərbaycan, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində fəal vasitəçi olub. Məhz bu səbəbdən vəzifədən gedən Prezident Bayden azərbaycanlı həmkarı Əliyev və baş nazir Paşinyanı sülh müqaviləsini ilin sonunadək imzalamağa çağırmışdı. Baş tutardısa, bu, həm onun, həm də Harrisin mümkün qələbəsi ilə demokratların uğuru kimi təqdim olunacaqdı.

Tramp məsələsində belə bir perspektiv yoxdur.

Hadisələrə real baxsaq, mümkün ssenarilər belə ola bilər:

Birincisi, Tramp administrasiyası tez imzalanma ssenarisini istəməz. Çünki bu halda o, qələbənin Bayden administrasiyasına aid olduğunu qəbul etməli və ya bunu demokratlarla bölüşməli olacaq.

İkinci ssenari ondan ibarətdir ki, Trampın Cənubi Qafqazda ümumiyyətlə fəal iştirakı yoxdur və bölgədə bütün təşəbbüslər regional dövlətlərdən (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran) gəlir və proseslər burada cərəyan edir. Belə bir vəziyyət regionda balansı ABŞ-ın əleyhinə dəyişir".


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
28
teleqraf.com

1Mənbələr