AZ

Bilərəkdən vərəqə almaq təklifi – millinin sabiq futbolçusundan etiraf

“Sankt-Peterburq “Dinamo”sunda oynadığım vaxt bir hadisə oldu. Futbol dairələrində yollarımızın kəsişdiyi bir nəfər mənə zəng vurdu”.

İdman.biz xəbər verir ki, bunu Rusiya yığmasının sabiq futbolçusu Basel Abdulfattah deyib.

“Zenit”in yetirməsi danışılmış oyunlarla bağlı müsahibə verib. O, matçların birində bununla bağlı təklif aldığını da etiraf edib: “Burda məndən xahiş etdilər ki, səndən öyrənim. Sən birinci hissədə sarı və ya qırmızı vərəqə ala bilərsən? Çox lazımdır. İnsanlar qarşılığında təşəkkür edəcəklər”. Onun bu sözlərinə belə məsələlər üçün bir daha zəng etməməsi cavabını verdim. O da hər şeyi başa düşdü”.

Sabiq müdafiəçi iştirakçısı olduğu daha bir matçdan şübhəli qalıb: “Bir dəfə “Dinamo” “Tosno” ilə qarşılaşırdı. Matçdan əvvəl futbolçularımız hamısı danışırdı ki, onlara oyunu verməklə bağlı təklif gəlib. Sözdə imtina etdiklərini deyirdilər. Amma iki futbolçumuz çox şübhəli oynadı və şübhələr yarandı. Amma bunu sübut edə bilmərəm”.

Qeyd edək ki, əslən suriyalı olan Basel Sankt-Peterburq futbolunun yetirməsidir. O, 2016-cı ildə başa vurduğu karyerası ərzində “Krılya Sovetov", “Yenisey”, “Çernomorets” (Novorossiysk), “Dinamo” (Sankt-Peterburq), “Əl-Caiş” (Suriya) klublarında və Rusiyanın U-21 millisində çıxış edib.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr